Yeni nazir şirkət rəhbərini işdən çıxartdı

Yeni nazir şirkət rəhbərini işdən çıxartdı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir rəhbər şəxsin işdən azad olunmasına qərar verilib.

Miq.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) tabeliyində fəaliyyət göstərən internet provayder "Bakinternet” şirkətinin rəhbəri Seymur Yusifov işdən azad olunub.

S.Yusifovun işdən çıxarılmasının səbəbi provayderin müştərilərindən daxil olan şikayətlər olub. Bir neçə gün öncə yaradılmış işçi qrupu şikayətləri və vətəndaşlara göstərilən internet xidmətinin keyfiyyətini araşdırıb. Nəticə yeni rəhbərliyi heç qane etməyib və S.Yusifov öz postu ilə vidalaşmalı olub.

Qeyd edək ki, bir neçə gün öncə BTRİB-in tərkibində yaradılan işçi qrupu Bakı şəhəri üzrə xidmət göstərdiyi bütün ərazilərdə yeni genişzolaqlı internet şəbəkəsinin qurulması ilə bağlı fəaliyyətə başlayıb. Bu şəbəkənin qurulması nəticəsində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq və yeni infrastruktur həm də IP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan verəcək. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az