Yeni vəzifəyə təyin olunan Əli Abbasovdan ilk açıqlama

Yeni vəzifəyə təyin olunan Əli Abbasovdan ilk açıqlama

Xəbər verdiyimiz kimi keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. 

AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib. 

Yeni vəzifəyə təyinatını sfera.az-a təsdiqləyən Əli Abbasov ona göstərilən etimadı doğrultmağa çalışacağını bildirib:

"Xəbəri düz eşitmisiniz. Doğrudur. Nə deyə bilərəm. Mənə göstərilən etimadı doğrulmağa çalışacağam".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az