Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Yer kürəsi təhlükədə, dünya məhv ola bilər

Amerika alimləri diametri 487 metr olan Bennu asteroidinin saatda yüz min kilometrdən böyük sürətlə Yer kürəsinə yaxınlaşdığını bildiriblər. 

AZƏRTAC "Vista News" saytına istinadla xəbər verir ki, elm adamları bu göy cismi ilə toqquşma nəticəsində dünyanın tamamilə məhv ola biləcəyini söyləyirlər. Mütəxəssislərin sözlərinə görə, toqquşma 2175-2196-cı illər arasında baş verə bilər. Proqnozların düz çıxacağı təqdirdə baş verən zərbənin gücünün üç milyard ton partlayıcı maddənin partlamasına bərabər olacağı bildirilir. Bennu asteroidinin öyrənilməsi üçün xüsusi zondun səmaya buraxılması gözlənilir. Alimlər o zamanadək elmin bu böyüklükdə təhlükələrin qarşısını alacaq qədər inkişaf edəcəyinə ümid edirlər.

Bu göy cismi hər altı ildən bir Yerin orbitini kəsib keçir və hər dəfə planetə bir az da yaxınlaşır. Alimlərin fikrincə, Bennu 2175-ci ildə Ay və Yerin arasından keçəcək ki, bu da toqquşmaya səbəb ola bilər.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az