Yevlaxda kişidən arvadına qarşı dəhşətli əməl - Təfərrüat

Yevlaxda kişidən arvadına qarşı dəhşətli əməl - Təfərrüat
Yevlax rayuonunda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Murad Bukavadzenin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə bu il aprelin 20-də Yevlax şəhəri Bakı prospekti 31 ünvanında yerləşən şəhər avtovağzalda baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Murad Bukavadze 1992-ci il təvəllüdlü Leyla Bukavadzeni qısqanclıq zəmnində bıçaqlayıb.
Çoxsaylı bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olunub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan Murad Bukavadze barəsində 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az