Yol polisi internetdə videosu yayılan sürücüləri tutmağa başladı - VİDEO

Yol polisi internetdə videosu yayılan sürücüləri tutmağa başladı - VİDEO
Vaqif Əsədov: «Videosu yayılmış 7 sürücü barəsində araşdırmalar aparılıb»

Betonqarışdıran avtomobilin sürücüsünün təhlükəli hərəkətləri bir neçə gün əvvəl paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb. Avtomobili gah sağa, gah da sola sürdüyü üçün ilk baxışdan sərxoş olduğunu düşünmək olar. Ancaq qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaratması belə olmadığını göstərir. Digər sürücülərdən biri avtomobildən enərək ona irad da tutur. O, təhlükəli hərəkətlərindən qalmır və özünə haqq qazandırır. Şahidlərin sözlərinə görə, Babək prospektində, keçmiş avtomobil bazarının yaxınlığında sürücülər süni tıxac yaradaraq onu dayandırıb döyüblər. Ancaq onun ilk və tək belə ağır tonnajlı avtomobil sürücüsü olmadığını deyən minik avtomobillərinin sürücüləri narahatdır.

Sürücünün özbaşnalığından Bakı şəhər Dövlət Yol Polisi İdarəsində də xəbərdardırlar. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, son vaxtlar internet saytlarında və sosial şəbəkələrdə yayılmış 7 belə sürücü barəsində araşdırmalar aparılıb, 5 sürücünün həqiqətən də qayda pozduğu aşkar edilidiyindən onlar cərimə olunublar.
[video=http:// ]
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az