"Öyrəndim ki, Harun Yahya "mavi" imiş"
Musavat.com-un ünvanına daxil olan bu məktub Türkiyədə və
ondan kənarda tanınan, özünü ilahiyyatçı kimi qələmə verən Harun Yahya
barədədir. Azərbaycanlı müridi onun haqqında sensasion etiraflar yazıb
və musavat.com-a yollayıb. Həmin yazını dərc edirik:
"Adım Murad Kamaldır. Bakı Dövlət Universitetinin məzunuyam. 27
yaşım var. Mən 5 ilduir ki, Harun Yahya ləqəblli , Adnan Oktar adlı din
xadimi adı altında gizlənmiş saxtakarın müridlərindən və Azərbaycanda ən
aktiv üzvü olmuşam. Dəfələrlə Türkiyədə qonağı olmuşam və Azərbaycandan
çox sayda qız və oğlanları Harun Yahya camaatına cəlb etmişəm.
Bu gün isə Tövbə etdiyimi hamıya açıqlayıram.
Sakit, səssizcə də kənara çəkilə bilərdim. Amma çox sayda qız və
oğlanların bataqlığa düşməsinə səbəb olmuşam.Tövbəmi açıq elan edirəm
ki, hamıya aydın olsun və Allah qarşısında bəraətimi elan edirəm. Allah
məni bağışlasa sevinərəm ,yoxsa axirətdə bilirəm hesabım ağır olacaq.
Tövbə etməmin əsas səbəbi isə 5 ildən sonra mənə aydın olan Harun
Yahya adlı saxtakarın əslində dinlə əlaqəsi olmadığı və özünün də "GEY"
(Mavi) olduğunu öyrənməyim oldu. Əvvəllər Harun Yahyanın canını din üçün
fəda etdiyinə görə evlənməyə belə vaxtının olmadığı yalanına
inanmışdım. Amma sonra aydın oldu ki, bu saxtakar onunla bir sözə və bir
işarəyə görə yatağa girməyə can atan qız müridlərinin əsl həqiqəti
bildiklərini öyrəndim. Sən demə "Hocam sənin üçün içim yanır" və sairə
sözlər hamısı əvvəlcədən hazırlanmış senari imiş. Bu saxtakar gənc oğlan
mankeler ilə yatağa girir. Yəni özü onlara təklif edir (anladınız
yəni).
Gec də olsa ayıldım və çirkab bataqlığından uzaqlaşdım.
Azərbaycandan Harun Yahya camaatına cəlb etdiyim qızlar və oğlanlar
barədə danışmayacam. Sirləri gizli saxlayacam. Çünki onlara görə yox
,onların ata -analarına yazığım gəldiyi üçün.
Əfsuslar oldun Azərbaycanlı qızlarının çoxu LEZBİYANKA oldu, evli
oğlanlar isə öz həyat yoldaşlarına qarşı cinsi istəklər zaman keçdikcə
yox oldu.
Valideynlərə müraciət edib deyirəm ki,övladlarınızı qoruyun.
Mən isə çox böyük günah etmişəm.Çoxlarının qızları və oğlanlarının Harun Yahya çirkabına batmalarına səbəb olmuşam.
Allah məni bağışlasın.