Azərbaycanda toyuq əti və yumurtanın qiyməti artıb.
Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
V.Mərərrəmovun sözlərinə görə, toyuq əti 20 faiz, toyuq yumurtası isə 25 faiz bahalaşıb. Bunun səbəblərindən biri də dolların bahalaşmasıdır: "Yay mövsümündə ətə tələbat azalır. Normal halda yayda yumurta və toyuq ətinin qiyməti aşağı düşməli idi. Lakin toyuq əti istehsalı üçün yem komponentləri əsasən xaricdən gətirilir. Ölkədə istehsal edilən yem tələbatı ödəmir”.
Ekspert dedi ki, dolların bahalaşması səbəbindən yemin də qiyməti artıb, nəticədə məhsulların bahalaşması qaçılmaz olub: "Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalının artdığını, o cümlədən taxılın bolluğunu əks etdirən statistika təqdim edir. Halbuki qiymət artımı bunun əksini göstərir. Dolların bahalaşması nəhayət öz sözünü deyir və xaricdən gətirilən məhsulların qiyməti bahalaşır”.
V.Məhərrəmov Rusiya, Ukrayna, Türkiyə, İran və digər ölkələrdən ucuz toyuq əti və yumurtanın gətirilməsinin mümkünlüyündən danışdı: "Bəzi ölkələrdən ucuz toyuq əti gətirililə bilər. Lakin ölkədə toyuq əti istehsalı ilə məşğul olan quşçuluq təsərrüfatları da inhisarçıya çevrilib. Xaricdən ucuz ət gətirilməsi onların biznesinə zərbə vura bilər”.
Xatırladaq ki, yumurta 8 qəpikdən 10 qəpiyə, toyuq ətinin kiloqramı isə 2 manat 50 qəpikdən 3 manata qalxıb.
virtualaz.org
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”