Yunanıstan iqtisadi böhrandan çıxır
Yunanıstan üçün 86 mlrd avro məbləğində yardım proqramı təsdiqlənib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, yardım proqramını Avropa Sabitləşdirilmə
Mexanizminin (ESM) Direktorlar Şurası tərəfindən təsdiq edilib.
Birinci mərhələdə ayrılan yardımın həcmi 26 milyard avro təşkil edəcək.
Ayrılan pulun 10 milyard avrosu Yunanıstan banklarının
rekapitallaşdırılmasına və konsolidasiyasına yönəldiləcək.
Almaniya Yunanısatanı borcuna görə ən çox sıxışdıran ölkə olsa da,
Bundestaq 86 mlrd avro məbləğində yardımın ayrılmasını dəstəkləyib.

Almaniya Bundestaqı
Proqram daha əvvəl avqustun 14-də
Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü
paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan
tələb olunan islahatları həyata keçirməlidir.
Yunanıstan artıq bu gündən Avropa Sabitlik Mexanizmindən (ESM) 13 mlrd avro məbləğində ilk kredit tranşı əldə edə biləcək.
Bu, Yunanıstana
Avropa Mərkəzi Bankının krediti üzrə tələb olunan məbləği ödəmək imkanı verəcək.
Yunanıstan müxtəlif dövrlərdə Avrozona ölkələrindən aldığı borcu qaytara
bilmədiyi üçün tənəzzül dövrünü yaşayır. Almaniya başda olmaqla digər
Avropa dövlətləri Yunanıstandan onlara olan borclarını qaytarmaq üçün
islahatlar aparmasını tələb edirdilər.