Zabitin arvadı 14 yaşlı uşağı yoldan çıxarıb

Zabitin arvadı 14 yaşlı uşağı yoldan çıxarıb

Vətəninfo.az xəbər verir ki. İngiltərə ordusunda xidmət edən bir zabitin arvadı 28 yaşlı Karoline Salisbury 14 yaşlı oğlanı yoldan çıxararaq onunla cinsi münasibətdə olduğu üçün 3 il azadlıqdan məhrum edilib. Məlumata görə, gənc qadın əvvəllər də 17 yaşlı  gənlə cinsi əlaqəyə girib.

Hərbi qarnizonda tanış olduğu uşaqla cinsi münasibətdə olduğu vaxt Karolinenin 25 yaşı varmış. O zaman haqqında çıxarılan məhkəmə qərarına görə, Karoline 2 il azadlıqdan məhrum edilməli imiş. Lakin nədənsə məhkəmənin qərarının həyata keçirilmə müddəti  uzadılıb. Amma Hərbi məhkəmə Karoline haqqında çıxarılan qətnaməni ləğv edərək ona verilən cəzanın az olduğunu, bu cəzanın üç ilə qaldırılmasına hökm verib.  Qərara görə, zabitin arvadı elə məhkəmə zalından həbsxanaya göndərilib. İngiltərədə hərbi qanunlara görə, xidmətdə olan zabitlərin ailə üzvləri də hərbi məhkəmə tərəfindən haqlarında bu və ya digər qərarlar çıxara bilər. Koraline haqqında çıxarılan həbs qərarı da məhz qüvvədə olan hərbi qanunlara əsasən icra edilib. “Guardian” xəbər verir ki, Karoline həyat yoldaşının evdə olmamasını fürsət bilərək 14 yaşlı uşaqla 4 dəfə, özü də qoruyucu vasitələrdən istifadə etmədən cinsi əlaqədə olduğunu boynuna alıb.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az