"Zahid Orucla yarışmaq zövqlü olacaq" - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin bitərəf deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq. Bundan əvvəl REAL partiyasının icraçı katibi Natiq Cəfərli də eyni seçki dairəsindən namizəd olacağını açıqlayıb.

 

Rəqibi barədə Modern.az-a danışan Natiq Cəfərli bildirib ki, seçki dairəsi üzrə imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. O vurğulayıb ki, Zahid Orucla yarışmaq zövqlü olacaq:

 

"Zahid Oruc da çox təcrübəli siyasətçidir. O, uzun müddətdir, parlamentin üzvüdür. Bilikli insandır. Onunla yarışmaq zövqlü olar, məncə. O da ilk dəfədir ki, bu seçki dairəsindən nammizədliyini irəli sürür.  Maraqlı, intellektual mübarizə olacaq. Kim seçicilərin səsini və rəğbətini qazanacaqsa, ona da uğurlar diləyirəm. Təbliğat-təşviqat dövründə məmnuniyyətlə Zahid bəylə debatlarda iştirak etməyə hazıram. Bu debatları təşkil edəcək media işçilərinə də müraciət edirəm. Çox maraqlı debatlar ola bilər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az