Zakir Həsənov: "Türkiyə Silahlı Qüvvələrinin yanındayıq"

Zakir Həsənov:

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir HəsənovTürkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı türkiyəli həmkarı Fikri İşıka və həmin ölkənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Miq.Az nazirliyə istinadən bildirirr ki, verdiyi məlumata görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.
Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
 
 
Allah rəhmət eləsin”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az