Özbəkistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Artıkova Daşkənddə keçirdiyi mətbuat konfransında bildirib ki, Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərdə 22 dairədə namizədlər kifayət qədər səs toplaya bilmədiyindən yanvarın 4-də təkrar seçkilər olacaq.
Dekabrın 21-də keçirilən seçkilərdə 113 deputat seçilib.
Qeyd edilib ki, təkrar seçkilər Qaraqalpaq Respublikası, Əndican, Buxara, Cizzak, Nəvai, Səmərqənd, Sırdərya, Xarəzm, Qaşqadərya vilayətləri və Daşkənd şəhərinin bir, Namanqan və Daşkənd vilayətlərinin iki, Fərqanə vilayətinin üç, Surxandərya vilayətinin isə beş seçki dairəsində keçiriləcək.
Seçkiləri Azərbaycan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov, Etibar Hüseynov Daşkənd və Səmərqənd şəhərlərində müşahidə ediblər.
Xatırladırıq ki, 2005-ci ildə Özbəkistanda ikipalatalı parlament formalaşdırılıb. Parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasında 150 deputat, yuxarı palata - Senatda isə 100 deputat fəaliyyət göstərir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib