Zelenskiyə 3 dəfə sui-qəsd cəhdi olub – İngilis nəşrindən ŞOK

Zelenskiyə 3 dəfə sui-qəsd cəhdi olub – İngilis nəşrindən ŞOK

Ukrayna xüsusi xidmət orqanları rusların planlarını üzə çıxarmağa və cinayətin qarşısını almağa nail olub.

Britaniyanın "The Times” qəzeti son 1 həftə ərzində Ukrayna Prezidenti Vladimir Zelenskiyə azı 3 sui-qəsd cəhdinin edildiyini yazıb.

Nəşrin yazdığına görə, Ukrayna liderini öldürmək üçün 2 müxtəlif qrup göndərilib – Kreml yönümlü "Vaqner” qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları. Qəzet yazır ki, hər dəfə sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya Xüsusi Kəşfiyyat Xidmətinin sayəsində alınıb.

Kiyevdəki "Vaqner” muzdluları xeyli itki verib. Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün "ürpərtici” olub. Həmçinin şənbə günü Kiyevin kənarında məhv edilən çeçen muzdlulardan ibarət qrup tərəfindən sui-qəsdin qarşısı alınıb./Alp.az/


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az