"Zəlzələdən sonra Türkiyə Aralıq dənizinə doğru 3 metr sürüşüb" - İtaliya geofizikindən şok iddia


"Bu zəlzələ təkcə son 100 ilin ən güclüsü deyil, həm də dünya miqyaslı geoloji hadisədir..."
 

"Bu hadisə bir-birilə daima toqquşan 4 geoloji plitənin kəsişməsində baş verib, Ərəbistan plitəsi Anatoliya plitəsini 3 metr cənub-qərbə sürüşüşdürüb..."
 
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ, sadəcə, son 100 ilin ən güclüsü deyil, həm də dünya miqyaslı geoloji hadisədir. Bu zəlzələ nəticəsində Türkiyə 3 metr cənub-qərbə doğru sürüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya Milli İnstitutunun prezidenti, professor Karlo Donioli "Corriere Della Sera" nəşrinə müsahibəsində bəyan edib.
 
Professorun sözlərinə görə, Türkiyənin cənubunda və Türkiyə ilə Suriya arasındakı sərhəddə bir neçə saat fərqi ilə 7, 8  və 7, 5 maqnitudalı iki zəlzələ, həmçinin bir neçə daha zəif (maqnitudası 5, 0-dən çox), onlarla daha zəif (maqnitudası 4, 0-dən çox) və 200-ə yaxın daha zəif (maqnitudası 4, 0-dan az) təkanlar seysmik hadisələrin vahid ardıcıllığının bir hissəsidir.
 
Bu, bir-birilə daima toqquşan dörd geoloji plitələrin-Anatoliya, Ərəbistan (o, tez-tez platforma adlandırılır), Avrasiya və Afrika plitələrinin kəsişməsində baş verir. Məhz buna görə də bu region Aralıq dənizində ən təhlükəlisidir.
 
Professorun sözlərinə və seysmoloqların dəyərləndirmələrinə görə, artıq indi bu nəticəyə gəlmək olar ki, Ərəbistan və Anatoliya  plitələri arasında sınma ən azı 190 km məsafə xətti üzrə fəallaşıb. Plitələrin yerdəyişməsi (hər biri bir neçə on saniyədən çox olmayan iki yerdəyişmənin məcmusu) ən azı 3 metr təşkil edib.
 
Başqa sözlə desək, Anatoliya plitəsi Ərəbistan plitəsindən cənub-qərb istiqamətinə doğru 3 metr yerdəyişib. Əslində isə hərəkət daha mürəkkəbdir, çünki plitələr üfüqi şəkildə çox meyylənib və biri o birindən təpədən olduğu kimi sürüşür. Bizim proyeksiyamızda bu, elə görünür ki, sanki Türkiyə 3 metr cənub-qərbə sürüşüb.
 
Belə sınma geoloqlara tanışdır. Professor vəd edib ki, daha dəqiq məlumatlar "ESA Sentinel" və "COSMO-SkyMed ASI" peykləri tərəfindən ölçülər bəlli olduqdan sonra əldə ediləcək.
 
Professor xəbərdarlıq edib ki, belə proseslərin davamlılığını proqnozlaşdırmaq çətindir. Plitələr elə indi sakitləşə bilər. Amma uzunmüddətli "seysmik epidemiya" da törədə bilər, bu zaman plitələrin sürüçməsi nəticəsində statik gərginlik bir yerdə boşalır, başqa yerdə toplanır. Bu, başqa yerlərdə təkanlara təhrik edir. Bütün enerji azad olmayınca, geoloji hadisə bitməyəcək.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az