Zibillikdən tapılan 90 kilo pul Mərkəzi Banka verildi-Bakıda

Zibillikdən tapılan 90 kilo pul Mərkəzi Banka verildi-Bakıda
2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb.

Miq.az-ın məlumatına görə, bu barədə fins.az "Təmiz Şəhər” ASC-nin ötən ilki fəaliyyətinə dair yaydığı hesabata istinadən xəbər verir. Məlumata görə, həmin pullar Azərbaycan Mərkəzi Bankına təhvil verilib.

Bundan başqa, çeşidləmə prosesində müxtəlif sənədlər (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet və s.) də tapılıb. Onlar isə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna çatdırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az