Ziya Məmmədov yoxlamalara məruz qalıb-ŞOK

Ziya Məmmədov yoxlamalara məruz qalıb-ŞOK

«Nəqliyyat nazirinin ailə üzlərinə və yaxnlarına aid şirkətlərin, firmaların, müəssisələrin siyahısını, onların kapital dəyərini, illik real gəlirlərini hazılamaq tapşırlıb»

«Vergilər Nazirliyinin ən təcrübəli mütəxəssisləri bu işə cəlb olunub»


Nəqliyyat naziri Ziya Məmmədovun başı yenidən dərddədir. “Vətəninfo.az”ın məlumatına görə, bBu haqda «Azpolitika.info»ya məlumat Vergilər Nazirlyindəki mənbədən daxil olub. Mənbənin iddiasına görə,Vergilər Nazirlyinə qeyri-rəsmi olaraq Ziya Məmmədovun ailə üzlərinə və yaxınlarına aid şirkə
tlərin, firmaların, müəssisələrin siyahısını, onların kapital dəyərini, illik real gəlirlərini hazırlamaq tapşırlıb. «Nazirliyin ən təcrübəli mütəxəssisləri bu işə cəlb olunub»deyə mənbə bildirir.
Mənbə iddia edir ki, onda olan məlumata görə, digər strukturlarda da Ziya Məmmədovun və ona yaxın şəxslərin əmlakı ilə bağlı araşdırmalar aparılır:«Analoji araşdırmalar Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Reyestr Xidməti tərəfindən də aparılır. Hər bir strukturun üzərinə konkret vəzifələr qoyulub. Bildiyimə görə, Dövlət Reyestr Xidmətinə ölkə daxilində Ziya Məmmədovun ailə üzlərinə və yaxnlarına aid daşınmaz əmlakın siyahısını müəyyənləşdirmək tapşırılıb. Milli Təhükəsizlik Nazirliyi Ziya Məmmədovun xarici biznes əlaqələri (xüsusən İranla), xaricdəki biznes subyektləri və daşınmaz əmlakı barədə araşdırmalar aparır. Maliyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi son 7 ildə (2005-ci ildən sonra) Nəqliyyat Nazirliyinə,onun strukturlarına ayrılan vəsaitlərin hara və necə xərclənməsilə bağlı araşdırmalara başlayıb.»
Mənbə Ziya Məmmədovun belə total yoxlamaya məruz qalmasının səbəbləri barədə hər hansı məlumata malik deyil. Ona görə də bunun Ziya Məmmədovun «vurulmasına» hazırlıq və ya onun «Ümumi katyol»dan nəsə gizlədib-gizlətmədiyini araşdırmaq məqsədi daşıdığını söyləməkdə çətinlik çəkir.
Ancaq tərəfimizdən qeyd edək ki, Ziya Məmmədovun «vurulması» üçün bu cür total yoxlamalara ehtiyac yoxdu. Zatən nəqliyyat sektorunda həyata keçirilən layihələrdə o qədər açıq şəkildə korrupsiyaya yol verilir ki, istənilən zaman buna görə Ziya Məmmədovu nəinki istefaya, hətta «uzunmüddətli istirahətə» də göndərmək olar.
Ona görə də ehtimal ki, bu yoxlamalar Ziya Məmmədovun əmlakının müəyyən hissəsini əlindən almağa, daha dəqiqi ölkədəki qüdətli qruplaşmalardan birinə «dövr» etməyə hazırlıq prosesidir.
Razılaşaq ki, bu gün hakimiyyətdə ən güclü söz sahibi kimi önə çıxan ailələrin öz kapitallarını daha da artırması üçün Z.Məmmədovdan daha yaxşı «qurbanlıq namizəd» tapıla bilməz.
Z.Məmmədova hər yerdə və hər sahədə rast gəlmək olar. İstər Azərbaycanda həyata keçirilən irihəcmli infrastruktur layihələri, istər tikinti biznesi və maliyyə sektoru, müxtəlif növ xidmət sektorları, istərsə də superoliqarxın başçılıq etdiyi nazirliyin fəaliyyəti ilə bağlı qalmaqallı faktlar onun adının diqqət mərkəzində olmasına səbəbdir. Z.Məmmədov o oliqarxlardandır ki, vəzifədə ola-ola biznes fəaliyyəti ilə məşğul olduğunu nəinki pərdələməyə ehtiyac hiss etmir, hətta bunu açıq bəyan edir.Varidatının artıq milyardlarla manatla ölçülən «KRAL» ləqəbli nazirin “ZQAN”, “Bakı 21-ci əsr”, “Meridian” kimi iri holdinqləri, neft sənayesində fəaliyyət göstərən, bank, sığorta, telekommunikasiya, inşaat, nəqliyyat, yükdaşıma, mehmanxana, istirahət, daşınmaz əmlakın idarə olunması və digər sahələrini əhatə edən çoxsaylı şirkətləri, istehsal və emal zavodları, ticarət və xidmət obyektləri, 100 hektarlarla torpaq sahəsi, onlarla çoxmərtəbəli binası, dəyəri 100 milyonlarla dollara ölçülən çoxsaylı malikanələri və sair var.
Qeyd edək ki, Z.Məmmədovun yalnız ölkə daxilində deyil, xaricdə də, xüsusən Rusiyada, Dubayda və Türkiyədə böyük biznesinin olduğu haqda məlumatlar var. Özüdə müxtəlif iş adamları ilə şərikli. Məsələn, onlardan biri kimi Telman İsmayılovun adı çəkilir.
Bundan əlavə onun iranlı iş adamları ilə biznes ortaqlığının olduğu barədə amerikalı diplomatların məktublarını dərc edən məhşur «Wiki Leaks» saytı da məlumat yaymışdı.
Bundan əlavə hər il büdcənin təxminn 1/3-ni «əridən» Ziya Məmmədov rəhbərlik etdiyi nazirliyi şəxsi biznes subyektinə çevirib. Bütün vəzifələrə öz yaxınlarını və qohumlarını təyin etməklə, nəqliyyat sektorundan əldə olunan qeyri-rəsmi gəlirlərin də «ətrafa çıxmasına» imkan verməyib.
Nəzərə alsaq ki, hazırda ölkədə əmlakın, biznes sektorlarının və iqtisadi sahələrin yenidən bölüşdürülməsi prosesi gedir, Z.Məmmədov kimi qeyd etdiyimiz imkanlara malik birinin hədəfə alınması təəccüblü olmaz. Ola bilsin, Ziya Məmmədov həddən artıq «şişdiyindən», onun «qaydasına salınmasına» qərar verilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adları qeyd olunan qurumların da mövqeyini işıqlandırmağa hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az