Zülfüqarov Zelenskini pislədi: Bu cinayətdir

Zülfüqarov Zelenskini pislədi: Bu cinayətdir
Beləliklə, bəlli oldu ki, Zelenski bilərəkdən Ukraynadakı müharibə mövzusunu liberallarla mühafizəkarlar arasında mübarizənin bir hissəsinə çevirib. 

Bunu politoloq Tofiq Zülüfqarov bildirib.

O, "Facebook" hesabında yazıb: "Əslində, o həm ABŞ-nin daxili siyasi sferasında, həm də təklif olunan hərəkətlərin xarici siyasət konsepsiyasında Trampa və onun layihəsinə qəsdən hücuma şərait yaradıb.

Bu, Ukraynanın özünə və vətəndaşlarına sərf edəcəkmi? Əminəm ki, liberal və mühafizəkar layihələr arasında mübarizənin necə bitməsindən asılı olmayaraq, sırf öz hakimiyyətini qorumaq üçün yenidən qarşıdurma meydanına çevrilmək, yumşaq desək, cinayətdir".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az