"Mən sakit oturmayacağam, hüququmu müdafiə edəcəyəm”
Xalq artisti İlhamə Quliyeva media mənsublarını başına yığaraq təcili mətbuat konfransı keçirib.
Vətəninfo.az Publika.az-a istinadla
xəbər verir ki, primadonna keçmiş köməkçisi Mehriban Hüseynova ilə
bağlı şok açıqlamalar verib. O eyni zamanda, keçmiş köməkçisinin onun
əleyhinə hazırladığı saxta sənədləri-vəsiyyətnaməni və səs yazısını
ortaya çıxarıb.
İlhamə xanım ilk olaraq Mehriban
Hüseynovanın onun qarşısında diz çökərək süründüyünü, ağladığı və
bağışlanması üçün yalvardığını göstərən lent yazısını göstərib. Həmin
videoda keçmiş köməkçisi "bir qələtdir eləmişəm” deyib elədiklərini
etiraf edib və yalvarıb ki, bu söhbət otaqdan kənara çıxmasın.
Daha sonra primadonna açıqlamalar verib.
"İlyarım
bundan əvvəl Mehriban Hüseynova evimə köməkçi-xadimə qismində gəlib.
Onu Lider Televiziyasının işçisi Lamiyə Ələkbərova vasitəsi ilə
tanımışam. Sən demə, o zamanla mənim evimdə xoşagəlməz işlər görüb.
Oğlumun dostuna deyib ki, qardaş, mənə zəhər tap. O da soruşub ki, nə
zəhər, neynirsən? Deyib ki, İlhaməni öldürmək istəyirəm. Bildirib ki,
İlhamənin yatdığı yerdə öldürəcəm, venasına hava yeridib, o dünyalıq
edəcəm. Oğlumun dostu da bütün bunları telefonuna yazıbmış. Bir gün
oğlumun dostu mənə dedi ki, evinə bir kamera yerləşdir. Keçmiş köməkçim
sən demə, mənim adımdan vəsiyyətnamə yazıb. Saxta sənədlə
varımı-dövlətimi öz adına keçirmək istəyib. Evimdən beş min oğurlayaraq
bir qadının yanına gedib ki, saxta sənədə mənim imzama oxşar imza
atdırsın. O qadın yanıma gəldi və hər şeyi danışdı. Eyni zamanda, səs
yazısını mənə göstərdi. Səs yazısında o, məni söyür, öldürəcəyini deyir.
O məni öldürmək üçün siropları yeməyimə qarışdırırmış. Amma özü o
yeməklərdən yemirdi. Mən də xəstəhal olurdum. Axırda Türkiyəyə getdim.
İki-üç ay ayaq damarlarımı əməliyyat etdirdim. Onu evdən qovandan sonra
vəziyyətim yaxşıdır. O qadın məni pis günə qoymuşdu”.
İlhamə
Quliyeva onu da bildirib ki, keçmiş köməkçisi onun evindən brilliant
üzük, xəz paltosunu və digər qızıllarını oğurlayıb: "Bu qadın məni
öldürmək üçün cadular da yazdırıbmış. Evdən o qədər cadular tapmışıq ki,
dəhşətə gəlirəm. Onu evimdən Bakı Şəhər Baş Polis idarəsinə apardılar.
Amma orda qeydiyyata salmayıblar. Mən özüm onu polislərin necə maşina
otuzdurduqlarını gördüm. Amma sonradan bəlli oldu ki, onu tutmayıblar.
Mən əslində onu tutdurmaq istəmirdim. O qadın məni şantaj elədi. Onu
müdafiə edən adam mənə xəbər yolladı ki, İlhamənin taclarını əlindən
alarıq, əgər Mehribanın bir tükü əskik olsa. Buna görə də mən israr
etdim ki, o qadın tutulmalıdır”.
İlhamə xanım onu da bildirib ki, Mehriban Hüseynovanın əri alfonsdur:
"Bu
qadının əri alfons idi, mən ona siqaret pulu verirdim. O kişi mənə
gəlib yalvardı ki, arvadımı bağışla, bir qələtdir eləyib. Mən də elə
bilirəm Mehriban tutulub. Amma bağdan gələndə maşını onun evinin yanına
sürdürdüm. Birdə onda gördüm ki, Mehriban maşında oturub. Əri çıxdı
qabağıma. Dedim mən arvadını tutdurmuşam, burda nə gəzir? Mehriban da
başladı qışqırmağa ki, mən sənin oğlunu tutduracağam. Onu da deyim ki,
Mehriban elə eləmişdi oğlumun da ayağını evimdən kəsmişdi. İndi oğluma
şər atır. Deyib ki, guya mən oğlumu tutdurub həbsdə öldürtdürəcəyəmmiş”.
Primadonna
bildirib ki, Prezidentə, daxili işlər naziri Ramil Usubova məktubla
müraciət edəcək. İlhamə xanım bildirib ki, ona sui-qəsd hazırlanıb.
İlhamə
Quliyeva mətbuat konfransında iştirak edən "Yeni Müsavat” qəzetinin
müxbirini də hədələyib: "Mənimlə bağlı yalan məlumat vermisiniz. Özünüzü
yığışdırın, rəhbərinizə də deyin ki, "rastomoşka” eləsin, yoxsa sizi
məhkəməyə verəcəyəm. Mənim ünvanıma şər atmayın. İlhamənin dili də var,
dilçəyi də. Mən sakit oturmayacağam, hüququmu müdafiə edəcəyəm”.