" Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə yönələ biləcək təhlükələrə qarşı bütün zəruri tədbirləri görülür"

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Türkiyənin habertürk agentliyi tərəfindən Türkiyə və Azərbaycanda terror aktlarının törədiləcəyi ilə əlaqədar yayılan məlumatla bağlı araşdırma aparır.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu DTX -nın İctimai Əlaqələr Şöbəsindən bildiriblər.

Xatırladaq ki, həmin məlumatda İŞİD üzvü olan Rusiya vətəndaşı İsa Tupolovun Azərbaycanda və Türkiyədə teraktlar hazırladığı bildirilirdi.

"Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə yönələ biləcək təhlükələrə qarşı bütün zəruri tədbirləri görür", - deyə DTX-dan vurğulayıblar.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az