1-ci qrup Qarabağ əlilindən Ali Baş Komandana -MÜRACİƏT

1-ci qrup Qarabağ əlilindən Ali Baş Komandana -MÜRACİƏT

Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan, Faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 311-saylı Delfin uşaq bağçasında müvəqqəti yaşayan Əhmədov Orucəli Məhəmmədəli oğlu tərəfindən Miq.Az-ın redaksiyasına daxil olmuş müraciətini təqdim edirik:

 
Azərbaycan Respublikasının Prezidenti
 Cənab İlham Əliyevə

Surəti:Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə  
Dövlət Komitəsinin Sədri Əli Həsənova

Surəti:Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
 Müdafiəsi naziri Səlim Müslümova

Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan,
Faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi,
311-saylı Delfin uşaq bağçasında müvəqqəti yaşayan Əhmədov Orucəli Məhəmmədəli oğlu tərəfindən
                                                                                                                    
                               Ərizə                                                       
Hörmətli İlham Heydər oğlu Əliyev cənabları! 

Sizi, yaxınlarınızı və xalqımızı yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Mən Əhmədov Orucəli Məhəmmədəli oğlu 09.02.1969-cu ildə Füzuli rayonunda anadan olmuşam. Ailəliyəm. Hal-hazırda Hövsan qəsəbəsində yuxarıda qeyd olunan ünvanda həyat yoldaşımla birlikdə yaşayıram.

Sizə aşağıda qeyd edəcəyim hallara nəzər saldıqdan sonra mənə köməklik göstərilməsi ümidi ilə müraciət edirəm!

 Belə ki, 1991-ci ildə Füzuli rayonunda hərbi xidmətə çağrılmışam.O, vaxtı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ölkədə hərbi nizam-intizam demək olar ki, yox vəziyyətdə idi.

 1991-ci ildən 1994-cü ilədək döyüş bölgəsi olan Füzuli rayonunda gedən döyüşlərdə fəal iştirak etmişəm.   
     
 1994-cü ilin yanvarın 19-da düşmən tərəfindən atılan Minamiot silahının qəlpəsi ilə ağır yaralanmışam. Həmin zərbə nəticəsində sağ baş nahiyəm ciddi zədələnmişdir. Sağ gözümü tamamıilə itirmişəm. Səs tellərim tamamilə sıradan çıxmışdı. Başımın sağ hissəsində yarıq  formalaşdı. Hal-hazlrda bədənimin müxtəlif hissələrində qəlpə yaraları vardır. Bu səbəbdən səhhətimdə tez-tez narahatçılıqlar yaranır. Daimi müalicələr alıram. Hal-hazırda 1-ci qrup əliləm. 
Dövlətimiz tərəfindən mənə göstərilmiş qayğıya görə Sizə və digər yüksək vəzifəli məmurlarımıza öz təşəkkürümü bildirirəm!                   
 Qeyd etdiyim kimi hal-hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küç.,311-saylı Delfin uşaq bağçasında müvəqqəti məskunlaşmışıq.Yaşadığımız yerin şəraiti demək olar ki, bərbad vəziyyətdədir. Xəstə, 1-ci qrup əlil üçün belə bir şəraitdə yaşamaq mənim və ailəm üçün çox ağırdır. Mən vətənə sadiq olaraq, öz vətəndaşlıq borcumu vicdanla yerinə yetirmişəm. 4 il könüllü olaraq var gücümlə vətənim Azərbaycana xidmət göstərmişəm. Gözümü qurban vermişəm. Bu yolda canımdan da keçməyə hazır idim. Biz əlillər artıq fəaliyyət qabiliyyətimizi itirmişik. Ailəmizi işləyərək təmin etmək gücündə deyilik. Köməyi yalnız Allahdan və Dövlətimizdən umuruq. Özümüzdən asılı olmayaraq Dövlətimizdən daimi qayğı gözləyirik. Amma hərdən mənə elə gəlir ki, artıq yaddan çıxmışıq. Müraciət etməsək köməklik görmürük. Birinci qrup Qarabağ əlili olaraq mənim özümün evim hələ də yoxdur.                                                    
 Hesab edirəm ki,  Dövlətimiz güclüdür. İqtisadiyyatı günü-gündən inkişaf edir. Mənim kimi əlilləri ev cəhətdən təmin etmək qüdrəti vardır. Bu səbəbdən də Sizə müraciət etmək məcburiyyəti qarşısında qalmışam.                                              
 Cənab Ali Baş Komandan! Xahiş edirəm müraciətimi nəzərə alıb, evlə təmin olmağım barədə müvafiq göstəriş verəsiniz!                                                 
Əvvəlcədən Sizə öz dərin təşəkkürümü bildirirəm!                       

Miq.AZ


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az