10-cu tur başlayır

10-cu tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.

Vətəninfo.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək. Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gələcək. Hər iki oyun saat 14:00-da başlayacaq.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq. AZAL klubu isə evdə "Simurq"la qarşılaşacaq.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyun saat 18:00-da başlayacaq.

29 oktyabr

Azərbaycan Premyer Liqası, 10-cu tur

14:00. “Araz Naxçıvan” – “Qəbələ”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev

Naxçıvan Muxtar Respublika stadionu.

14:00. “Bakı” – “Neftçi”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev

Sumqayt şəhər stadionu

17:00. AZAL – “Simurq”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli

Bakı. “AZAL Arena”

18:00. “İnter” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov

Bakı. “İnter Arena”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az