10 yaşlı Lənkəranski Şakro Molodoya meydan oxudu

10 yaşlı Lənkəranski Şakro Molodoya meydan oxudu

"Şakro Molodoy, çalış, mən böyüyənə qədər yaşama” – Balaca Sami məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin qisasını alacağına and içdi

Azərbaycanda 10 yaşlı uşaq Rövşən Lənkəraniskinin intiqamını alacağına and içib.

Miq.az xəbər verir ki, Rövşən Lənkəraniskinin öldürülməsindən təsirlənən Sami adlı oğlan özünə Lənkəraniski ləqəbini götürüb.

Sami Lənkəraniski 10 yaşı olmasına baxmayaraq, gül dəstələri ilə Rövşənin qəbrini ziyarət edib.

Rövşən Lənkəraniskinin ölümündən təsirlənən balaca onun qəbrinin üstündə qisas alacağına and içərək, məşhur avtoritetin ölümündə adı keçən Şakro Molodoya da mesaj göndərməyi unutmayıb.  

"Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama”, - şahidlərin sözlərinə görə, 10 yaşlı oğlan qəbrin üstündə bu sözləri də deyib.

Gənci tanıyanlar onun bu məsələyə uşaq təxəyülü ilə yanaşdığını deyirlər. Sadəcə olaraq, Rövşən Lənkəraniskinin sağlığında hər kəsə kömək etdiyini, ədalətli, düzgün və nüfuzlu olduğunu öyrənən Samiyə məşhur avtoritetin ölümü olduqca pis təsir edib.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az