Sabah Avropada növbəti futbol həftəsinə start veriləcək.
Vətəninfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, 6 gün ərzində AVRO-2016-nın seçmə mərhələsinin son 52 qarşılaşması baş tutacaq.
Mərhələnin son matçları Fransada keçiriləcək həlledici raunda birbaşa vəsiqələrin sahiblərinin tam siyahısına aydınlıq gətirəcək. Çexiya, İslandiya, İngiltərə və Avstriyanın ardından qruplarında ilk iki yeri tutan daha 14 komanda, həmçinin ən yaxşı 3-cü yerin sahibi də qarşıdakı oyunlarda bilinəcək. Gələn ay baş tutacaq pley-offa yüksələn 8 yığmanın da adı bu 52 görüşdə bəlli olacaq.
Azərbaycan yığmasının yer aldığı H qrupunda artıq oktyabrın 10-da ilk iki yerin sahibinin adına aydınlıq gələ bilər. Bakıda yığmamızın qəbul edəcəyi İtaliya qələbə ilə Fransaya bileti sifariş etməyə yaxındı. Maltanı sınağa çəkəcək Norveç isə Xorvatiyanın xal itirəcəyi halda AVRO-2016-ya yüksələcək. Sonuncuların uduzmaması isə Bolqarıstanın play-offa cüzi şanslarının üstündən xətt çəkəcək.
A qrupunda yalnız pley-offa vəsiqə verən 3-cü yer uğrunda mübarizə davam edəcək. Çexiya ilə İslandiya Fransaya vəsiqəni təmin etdiyindən Türkiyə və Hollandiya üçüncülük üçün qiyabi "savaşacaq”. Qonşu ölkə təmsilçisi 2 xal öndə olsa da, son qarşılaşmalarını qrup liderlərinə qarşı keçirəcəyindən çətin vəzifənin öhdəsindən gəlməlidi.
B qrupunda isə 4 komanda şanslarını qoruyur. Amma Uelslə Belçikanın birbaşa vəsiqələrə sahib çıxmaq şansları daha yüksəkdi. Britaniyalılar artıq ilk oyununda qalib gəlsə, bunun öhdəsindən gələcək. C qrupunda vəsiqələrdən birini böyük ölçüdə həll edən İspaniyanın bit ayağı Fransadadı. Slovakiya ilə Ukrayna 2-3-cü yerlərin sahibini qiyabi mübarizədə müəyyənləşdirməlidi.
D qrupunda Almaniya il Polşa artıq sabah final mərhələsinə yüksələ bilər. Pley-off şansları cüzi olan Şotlandiya isə İrlandiyanın ilk iki pillədəki rəqiblərlə qarşılaşmalarda büdrəməsinə ümid edir. E qrupunda ilk vəsiqəni İngiltərə qazandığından mübarizə 2-3-cü yerlər uğrunda İsveçrə və Sloveniyanın mübarizəsinə qoşulmaq şanslarını qoruyan Estoniya daha çox möcüzəyə ümid edir. Çünki Baltikyanı ölkə təmsilçisinin İngiltərədəki ilk matçında uduzması onların ümidlərinin üstündən xətt çəkə bilər.
F qrupunda Şimali İrlandiyanın iki vəsiqədən birini əldə etməyə çox yaxındı. Ada təmsilçisi bunu sabah autsayderə qalib gəlsə də gerçəkləşdirəcək. Rumıniya ilə Macarıstanın 2-ci yer uğrunda mübarizə apardığı halda, Finlandiya yalnız pley-offa ümidlidi. Avstriyanın 1-ci yeri təmin etdiyi G qrupunda Rusiya, İsveç və Monteneqro birbaşa və pley-offa vəsiqə uğrunda "döyüşəcək”. Bu mübarizədə daha şanslı olan Rusiyanın balkanlılarla qarşılaşması bu baxımdan böyük əhəmiyyətə malikdi. İ qrupunda ilk "üçlük” müəyyənləşsə də Danimarka, Portuqaliya və Albaniyanın birbaşa vəsiqələr üçün mübarizəsi davam edir. Lakin sabah albaniyalılar qalib gəlsə, danimarkalılar isə liderlə matçda xal itirsə, şimallılar 3-cü yerlə kifayətlənəcək.
AVRO-2016-nin seçmə mərhələsi
D qrupu
8 oktyabr
21:00. Gürcüstan – Cəbəllütariq
23:45. İrlandiya – Almaniya
23:45. Şotlandiya – Polşa
11 oktyabr
23:45. Almaniya - Gürcüstan
23:45. Cəbəllütariq - Şotlandiya
23:45. Polşa - İrlandiya
|
1. |
Almaniya |
8 |
6 |
1 |
1 |
22-7 |
19 |
|
2. |
Polşa |
8 |
5 |
2 |
1 |
29-7 |
17 |
|
3. |
İrlandiya |
8 |
4 |
3 |
1 |
17-5 |
15 |
|
4. |
Şotlandiya |
8 |
3 |
2 |
3 |
14-10 |
11 |
|
5. |
Gürcüstan |
8 |
2 |
0 |
6 |
5-14 |
6 |
|
6. |
Cəbəllütariq |
8 |
0 |
0 |
8 |
2-46 |
0 |
F qrupu
8 oktyabr
23:45. Macarıstan – Farer adaları
23:45. Şimali İrlandiya - Yunanıstan
23:45. Rumıniya – Finlandiya
11 oktyabr
23:45. Farer adaları - Rumıniya
23:45. Finlandiya – Şimali İrlandiya
23:45. Yunanıstan - Macarıstan
|
1. |
Ş. İrlandiya |
8 |
5 |
2 |
1 |
12-6 |
17 |
|
2. |
Rumıniya |
8 |
4 |
4 |
0 |
7-1 |
16 |
|
3. |
Macarıstan |
8 |
3 |
4 |
1 |
6-4 |
13 |
|
4. |
Finlandiya |
8 |
3 |
1 |
4 |
7-8 |
10 |
|
5. |
Farer adaları |
8 |
2 |
0 |
6 |
5-12 |
6 |
|
6. |
Yunanıstan |
8 |
0 |
3 |
5 |
2-8 |
3 |
İ qrupu
8 oktyabr
23:45. Albaniya – Serbiya
23:45. Portuqaliya – Danimarka
11 oktyabr
23:45. Ermənistan – Albaniya
23:45. Serbiya - Portuqaliya
|
1. |
Portuqaliya |
6 |
5 |
0 |
1 |
8-4 |
15 |
|
2. |
Danimarka |
7 |
3 |
3 |
1 |
8-4 |
12 |
|
3. |
Albaniya |
6 |
3 |
2 |
1 |
7-3 |
11 |
|
4. |
Ermənistan |
7 |
0 |
2 |
5 |
5-11 |
2 |
|
5. |
Serbiya |
6 |
1 |
1 |
4 |
5-11 |
1 |
C qrupu
9 oktyabr
23:45. Makedoniya - Ukrayna
23:45. Slovakiya - Belarus
23:45. İspaniya - Lüksemburq
12 oktyabr
23:45. Belarus - Makedoniya
23:45. Lüksemburq - Slovakiya
23:45. Ukrayna - İspaniya
|
1. |
İspaniya |
8 |
7 |
0 |
1 |
18-3 |
21 |
|
2. |
Slovakiya |
8 |
6 |
1 |
1 |
13-5 |
19 |
|
3. |
Ukrayna |
8 |
5 |
1 |
2 |
12-3 |
16 |
|
4. |
Belarus |
8 |
2 |
1 |
5 |
7-14 |
7 |
|
5. |
Lüksemburq |
8 |
1 |
1 |
6 |
4-19 |
4 |
|
6. |
Makedoniya |
8 |
1 |
0 |
7 |
6-16 |
3 |
E qrupu
9 oktyabr
23:45. İngiltərə - Estoniya
23:45. Sloveniya - Litva
23:45. İsveçrə - San-Marino
12 oktyabr
23:45. Estoniya – İsveçrə
23:45. Litva – İngiltərə
23:45. San-Marino - Sloveniya
|
1. |
İngiltərə |
8 |
8 |
0 |
0 |
26-3 |
24 |
|
2. |
İsveçrə |
8 |
5 |
0 |
3 |
16-8 |
15 |
|
3. |
Sloveniya |
8 |
4 |
0 |
4 |
15-10 |
12 |
|
4. |
Estoniya |
8 |
3 |
1 |
4 |
4-6 |
10 |
|
5. |
Litva |
7 |
2 |
0 |
5 |
4-13 |
6 |
|
6. |
San Marino |
7 |
0 |
1 |
6 |
0-25 |
1 |
G qrupu
9 oktyabr
23:45. Lixtenşteyn - İsveç
23:45. Moldova - Rusiya
23:45. Monteneqro - Avstriya
12 oktyabr
21:00. Avstriya - Lixtenşteyn
21:00. Rusiya – Monteneqro
21:00. İsveç - Moldova
|
1. |
Avstriya |
8 |
7 |
1 |
0 |
16-3 |
22 |
|
2. |
Rusiya |
8 |
4 |
3 |
2 |
17-4 |
14 |
|
3. |
İsveç |
8 |
3 |
3 |
2 |
11-9 |
12 |
|
4. |
Monteneqro |
8 |
3 |
2 |
3 |
8-8 |
11 |
|
5. |
Lixtenşteyn |
8 |
1 |
2 |
5 |
2-21 |
5 |
|
6. |
Moldova |
8 |
0 |
2 |
6 |
3-12 |
2 |
A qrupu
10 oktyabr
21:00. İslandiya - Latviya
21:00. Qazaxıstan - Hollandiya
23:45. Çexiya – Türkiyə
13 oktyabr
23:45. Latviya - Qazaxıstan
23:45. Hollandiya - Çexiya
23:45. Türkiyə - İslandiya
|
1 |
İslandiya |
8 |
6 |
1 |
1 |
15-3 |
19 |
|
2. |
Çexiya |
8 |
6 |
1 |
1 |
16-10 |
19 |
|
3. |
Türkiyə |
8 |
3 |
3 |
2 |
11-9 |
12 |
|
4. |
Hollandiya |
8 |
3 |
1 |
4 |
13-10 |
10 |
|
5. |
Latviya |
8 |
0 |
4 |
4 |
4-15 |
4 |
|
6. |
Qazaxıstan |
8 |
0 |
2 |
6 |
5-16 |
2 |
H qrupu
10 oktyabr
21:00. Azərbaycan - İtaliya
21:00. Norveç - Malta
23:45. Xorvatiya - Bolqarıstan
13 oktyabr
23:45. Bolqarıstan – Azərbaycan
23:45. İtaliya - Norveç
23:45. Malta - Xorvatiya
|
1. |
İtaliya |
8 |
5 |
3 |
0 |
11-5 |
18 |
|
2. |
Norveç |
8 |
5 |
1 |
2 |
10-8 |
16 |
|
3. |
Xorvatiya |
8 |
4 |
3 |
1 |
16-5 |
14* |
|
4. |
Bolqarıstan |
8 |
2 |
2 |
4 |
7-9 |
8 |
|
5. |
Azərbaycan |
8 |
1 |
3 |
4 |
6-13 |
6 |
|
6. |
Malta |
8 |
0 |
2 |
6 |
3-13 |
2 |
* - Xorvatiyanın hesabından 1 xal silinib.
B qrupu
10 oktyabr
23:45. Andorra - Belçika
23:45. Bosniya və Herseqovina - Uels
23:45. İsrail - Kipr
13 oktyabr
23:45. Belçika - İsrail
23:45. Kipr – Bosniya və Herseqovina
23:45. Uels - Andorra
|
1. |
Uels |
8 |
5 |
3 |
0 |
9-2 |
18 |
|
2. |
Belçika |
8 |
5 |
2 |
1 |
17-3 |
17 |
|
3. |
İsrail |
8 |
4 |
1 |
3 |
14-9 |
14 |
|
4. |
Bosniya və H. |
8 |
3 |
2 |
3 |
12-10 |
11 |
|
5. |
Kipr |
8 |
3 |
0 |
5 |
12-13 |
9 |
|
6. |
Andorra |
8 |
0 |
0 |
8 |
3-30 |
0 |