17 marşrutun hərəkət sxemi dəyişdirildi - BU GÜNDƏN

17 marşrutun hərəkət sxemi dəyişdirildi - BU GÜNDƏN
Bu gündən etibarən Bakıda keçirilən "Formula-1 Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Miq.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Məlumata görə, 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılacaq.
"Məlumat üçün bildiririk ki, müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 23.04.2018 tarixindən etibarən tətbiq ediləcək və 01.05.2018-ci il tarixinədək qüvvədə olacaq”, - deyə deyə M.Ağayev əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az