2 manatlıq şirkətlə 30 min manatlıq müqavilə
5 saylı Uşaq Vərəm Sanatoriyası 30 000 manatlıq içməli su alır.
Valyuta.az xəbər verir ki, bununla bağlı sanatoriya və "GEMİ İNŞAAT 2017” MMC arasında müqavilə imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "GEMİ İNŞAAT2017” MMC 23 iyun 2017-ci ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 2 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 16/13, mənzil 21-ə yerləşən şirkətin qanuni təmsilçisi Qarayev Elman Rizvan oğludur.
Açıq mənbələrdə Elman Qarayev və qanuni təmsilçisi olduğu şirkət haqqında hər hansı məlumat yoxdur.