Azərbaycan Prezidentinin sərəncamı
Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun
Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, iyirmi iki min nəfər əhalinin yaşadığı 12
yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının
tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon
(bir milyon beş yüz min) manatı Sabirabad Rayon İcra Hakimiyyətinə
ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci
hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş
qaydada təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.