Cəbhədə gərginlik davam edir
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə
etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub.
Vətəninfo.az - Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində,
Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində, Berd
rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun
Əlibəyli kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca,
Seysulan, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı,
Kəngərli, Novruzlu, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Qaraxanbəyli,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd,
Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 atəş zərbəsi
endirib.