İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Miq.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilsin:
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi
Abdullayeva Leyla Yaşar qızı
Həbibzadə Elcan İbrahim oğlu
Rəfiyev Yalçın İlqar oğlu.
Miq.Az