"Bizim insanımız insan deyil, erməninki insandır?" - İdarə rəisi
Hakim fraksiyadan olan deputat qeyd edib ki, İrəvan Moskva ilə müttəfiqlik münasibətlərini saxlamaqda davam edir.
Miq.Az Bizimyol.info-ya istinadla xəbər verir ki, Ermənistan parlamentinin hakim "Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinq zamanı bildirib ki, Ermənistan ərazi bütövlüyünün bərpası məsələsinə Rusiyanın reaksiyasını gözləyir.
"Biz müttəfiqlərik, dost xalqlarıq və müttəfiqlik münasibətlərimizi davam etdiririk. Bəli, müəyyən problemlər var. Biz problemlərə cavab vermişik və tərəfdaşlarımızla işləyirik. Və hələlik biz öz müttəfiqlərimizin bərpası, ərazi bütövlüyü və müqavilə mexanizmlərinin işə salınması ilə bağlı aydın addımları və hərəkətləri gözləyirik”, - deyə Hovhannisyan bildirib.
Xatırladaq ki, oktyabrın 7-də Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə göndərdiyi təbrik məktubunda müttəfiq tərəfdaşlıq palitrasının zənginləşdirilməsi və strateji sazişlərin həyata keçirilməsi üçün birgə işin davam etdiriləcəyinə ümid etdiyini bildirib.