İlham Əliyev daha bir sərəncam imzaladı

İlham Əliyev daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. "Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə 684; 2014, № 11, maddə 1497; 2018, № 9, maddə 1859; 2022, № 3, maddə 240) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədən "Heydər Əliyev adına Hərbi İnstitutun,” sözləri çıxarılsın;

1.2. 2-ci hissədən "Heydər Əliyev adına Hərbi Liseyin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və” sözləri çıxarılsın.

2. Bu Sərəncam 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az