Azərbaycan beynəlxalq siyasətdə oynadığı rolun təsir imkanları hansılardır?

Azərbaycan beynəlxalq siyasətdə oynadığı rolun təsir imkanları hansılardır?



Sovet ittifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmırdı.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün İlkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsi başlanıldı.1993-cü il 14 oktyabr Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT təhlükəsizlik şurasının 874 saylı qətnaməsi qəbul edildi.
Qlobal proseslər – Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə eyni vaxtda beynəlxalq münasibətlər sistemi köklü surətdə dəyişməyə başlamışdır və son 30 il ərzində cərəyan edən hadisələr göstərir ki, sistem mahiyyətcə hələ də rəqabətlidir.
Hazırda Azərbaycanın Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-tbilisi-ceyhan, Bakı-tbilisi-qars, Bakı-tbilisi-ərzurum, TANAP,TAP və digər layihələr Azərbaycanın iqtisadiyyatında özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.
 
Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir. Azərbaycan ordusunun hərbi qulluqçuları 1999-cu ildən müxtəlif sülhməramlı missiyaların iştirakçısı olublar. 2008-ci il Kosova Respublikasının müstəqilliyinin birtərəfli elan olunmasından sonra hərbiçilərimiz geri çağırıldı. 2003-cü ildə Azərbaycan Ordusunun sülhməramlıları İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində sülhyaratma təyinatlı tapşırıqların icrasında iştirak ediblər.2008-ci ildə iştirakımız başa çatmış hərbçilərimiz öz ölkəmizə geri dönmüşlər. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən prosesləri də deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdı.

 Xanım Cəfərova
 
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az