Nazim Zeynalovun sözlərinə görə, sonuncu dəfə 2001-ci ildə qardaşı ilə əlaqə saxlayıb. Abil Zeynalovdan heç bir xəbər çıxmadığını görən həyat yoldaşı isə 2011-ci ildə məhkəməyə müraciət edib: "Məhkəmə qardaşımın ölməsi ilə bağlı qətnamə çıxarıb və onun əmlakı həyat yoldaşına verilib. Bizə əmlak, ev lazım deyil, əsas odur qardaşım gəlsin. O, artıq Rusiyadakı səfirliyimizə müraciət edib və Azərbaycana gətirilməlidir. Bundan sonra məhkəmənin qətnaməsi ləğv oluna bilər”.
N. Zeynalov 4 aydır ki, məsələni qaldırdıqlarını bildirib: "Rusiyaya buradan bütün sənədləri göndərmişik. İndi Quba rayon məhkəməsində qardaşım Abil Zeynalovun həyatda olduğu sübuta yetirilməlidir. Bundan sonra məhkəmənin əvvəlki qərarı qüvvədən düşəcək və o, ölkəyə gələ biləcək”.
Quba Rayon İcra Hakimiyyətinin Rustov kənd üzrə icra nümayəndəsi Beybud Rəhimov saytımıza açıqlamasında qanun çərçivəsində Abil Zeynalovun ölkəyə gətirilməsinə dəstək olmağa hazır olduqlarını bildirdi. Rustov kənd bələdiyyəsinin sədri Aydın Kazımov da məsələdən xəbərdar olduqlarını və ailəyə bu prosesdə dəstək göstərəcəklərini dedi.
Məsələnin hüquqi tərəfinə gəlincə, vəkil Anar Qasımlı bununla bağlı Mülki Məcəllədə olan maddələri təqdim edib:
Maddə 41-ə görə (Fiziki şəxsin ölmüş elan edilməsi) Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). 41.2-ci bənddə isə qeyd olunur ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). 41.4-ci bəndə uyğun olaraq, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Maddə 42-nin (Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri) 42.1-ci bəndinə görə, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər (42.2). 42.3-ci bənddə qeyd olunur ki, ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. (42.4).
Akqabay Mıradov


İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ