27 "Taliban"çı məhv edildi

27

25 nəfərin həyatına son qoymuşdular

Vətəninfo.az Ölkə.Az-a istinadla xəbər verir ki, Əfqanıstanın cənubunda reallaşdırılan bombardman nəticəsində "Taliban" hərəkatının ən azı 27 yaraqlısı öldürülüb.

Zərbələr hökümətə məxsus hərbi-hava qüvvələri tərəfindən endirilib. Ölənlərdən başqa 16 nəfər ağır yaralanıb. Əfqanıstan höküməti qeyd edib ki, dinc sakinlər və hərbçilərdən xəsarət alan yoxdur.

Bir müddət əvvəl radikallar ölkənin şimalında iki hücum həyata keçirərək 25 nəfərin həyatına son qoymuşdular.

Xatırladaq ki, bir müddət öncə Əfqanıstan höküməti və kəşfiyyat qrupları "Taliban” terror təşkilatının lideri Molla Ömərin 2 və ya 3 il bundan qabaq öldüyünü açıqlamışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az