3-cü mərtəbədən düşən uşaq sağ qaldı

3-cü mərtəbədən düşən uşaq sağ qaldı
Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

"Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb.

Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb.

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az