3 rəis işdən çıxarıldı - Ankara terroruna görə

3 rəis işdən çıxarıldı - Ankara terroruna görə

Oktyabrın 10-da Ankarada törədilmiş dəhşətli terror aktı ilə bağlı bəzi hüquq-mühafizə orqanları rəhbərləri barəsində araşdırma başlanılıb.

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Ankaranın "Gənclik” meydanında 97 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı şəhər polis idarəsinin rəisi, kəşfiyyat idarəsinin rəisi və şəhər təhlükəsizlik şöbəsinin müdiri vəzifədən azad edilib.

Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada işdən azad edilən şəxslər barəsində araşdırma aparıldığı, onların vəzifələrinin müvəqqəti olaraq digər əməkdaşlara tapşırıldığı bildirilib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az