34 şəhər və rayon öz hesabına yaşayacaq - Dotasiya dayandırıldı

34 şəhər və rayon öz hesabına yaşayacaq - Dotasiya dayandırıldı

Gələn il dövlət büdcəsindən dotasiya almayan rayon və şəhərlərin sayında artım olacaq. Miq.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 34 şəhər və rayon gələn il büdcədən dotasiya almayacaq.

İndiyədək Bakı, Mingəçevir, Sumqayıt, Naftalan və Şirvan şəhərlərinin dotasiya ehtiyacı yox idisə, gələn il bu sıraya Gəncə, Lənkəran, Şəki və Yevlax şəhərləri qoşulacaq.

Bu il yalnız Abşeron və İmişli rayonları dövlətin yardımına ehtiyac duymamışdı. Gələn il isə Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarına da dövlət büdcəsindən vəsait ayrılmayacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az