5 klub artıq qrupdadı

5 klub artıq qrupdadı

Vətəninfo.az  xəbər verir ki, Futbol üzrə Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunlarına start verilib. ANS PRESS-in məlumatına görə, bu gecə 5 matç baş tutub. Rusiyanın "Zenit" klubu səfərdə 1:0 hesabı ilə yendiyi Belçika "Standard"ını qəbul edib. Sankt-Peterburq təmsilçisi evdə 3:0 hesablı qələbə qazanaraq play-off mərhələsindən qrupa düşən ilk komanda olub.

APOEL "Olborq"u 4:0, BATE "Slovan"ı 3:0, "Porto" "Lill"i 2:0, "Maribor" "Seltik"i hesabı ilə yenərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. "Standard", "Olborq", "Slovan", "Lill" və "Seltik" isə Avropa Liqasının qrupunda yarışmaq hüququ qazanıb.

Qeyd edək ki, 22 komanda Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb: "Real", "Atletiko", "Barselona" (üçü də İspaniya), "Mançester Yunayted", "Liverpul", "Çelsi" (üçü də İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Şalke 04" (üçü də Almaniya), "Yuventus", "Roma" (ikisi də İtaliya), "Benfika", "Sportinq" (ikisi də Portuqaliya), PSJ, "Monako" (ikisi də Fransa), "Şaxtyor" (Ukrayna), ÇSKA (Rusiya), "Ayaks" (Hollandiya), "Qalatasaray" (Türkiyə), "Axderlext" (Belçika), "Olimpiakos" (Yunanıstan), "Bezel" (İsveçrə). Daha 5 iştirakçının adına isə pley-off mərhələsinin bu gün baş tutacaq son 5 matçından sonra aydınlıq gələcək.

Çempionlar Liqası
Play-off mərhələsi
Cavab oyunları

26 avqust
Zenit (Rusiya) - Standard (Belçika) 2:0
Qollar: Jose Rondon, 30. Halk, 54-pen; 58.
Qırmızı vərəqələr: Viktor Fayzulin, 44 - Rikardo Fati, 89.
İlk oyun - 1:0.

APOEL (Cənubi Kipr) - Olborq (Danimarka) 4:0
Qollar: Viniçius, 28. Tomaş De Vinsenti, 43. Statis Aloneftis, 64. Killian Şeridan, 85.
İlk oyun - 1:1.

BATE (Belarus) - Slovan Bratislava (Slovakiya) 3:0
Qollar: Mixail Qordeyçuk, 41. Sergey Krivets, 84. Vitali Rodionov, 85.
Qırmızı vərəqə: Seyduba Soumah, 79 (Slovan).
İlk oyun - 1:1.

Seltik (Şotlandiya) - Maribor (Sloveniya) 0:1
Qol: Tavares, 75.
İlk oyun - 1:1.

Porto (Portuqaliya) - Lill (Fransa) 2:0
Qollar: Yasin Brahimi, 49. Cekson Martines, 69.
İlk oyun - 1:0.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az