5 ölkə birdən Ermənistandan UNESCO-ya şikayət etdi

5 ölkə birdən Ermənistandan UNESCO-ya şikayət etdi
Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan və İran lavaşla bağlı UNESCO-ya birlikdə etiraz müraciəti ediblər.

Bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilir ki, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-nə qədər Efiopiyada UNESCO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.

BMT-nin bu qurumu lavaşı "Erməni çörəyi" kimi qeydiyyatdan keçirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb.

Xəbərə əsasən, bu ilk belə müraciət deyil.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az