9 yaşlı Əsmərin başına ağac düşdü

9 yaşlı Əsmərin başına ağac düşdü
Ağstafada güclü küləyin qırdığı ağac 9 yaşlı uşağın başına düşüb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Eynallı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova ötən gün axşam saatlarında atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.

Ə.Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az