95 min dolların ölkədən çıxarılmasının qarşısı alındı

95 min dolların ölkədən çıxarılmasının qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Miq.az-a verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.
Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı vətəndaşın çemodanının icərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95.000 ABŞ dolları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az