Ağ Evin rəsmi səhifəsində Xocalı Soyqırımının tanınması məqsədilə petisiya yerləşdirib-VİDEO

Ağ Evin rəsmi səhifəsində Xocalı Soyqırımının tanınması məqsədilə petisiya yerləşdirib-VİDEO

Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib.

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1992-cı ildə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək.

Həmçinin petisiyada "Amerika azərbaycanlıları, bizim bu ölkədə və bütün dünyada olan dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı, onun qurbanlarının anılması və prezidentin bununla bağlı bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə bildirilir.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq" ("We the People") səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.

Petisiyanı imzalamaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

Qeyd edək ki, Amerika Azərbaycan Şurası və PaxTurcica təşkilatı da Xocalı qətliamının tanınması istiqamətində məktub kampaniyası keçirir. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və KİV nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.

Yardımçı linklər:

https://petitions.whitehouse.gov/how-why/introduction

http://www.youtube.com/watch?v=Tc6Heq3g9vg



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az