“Ağabəyovlar” yoldadır ...Foto

“Ağabəyovlar” yoldadır ...Foto

Axır ki, buz sınır və Azərbaycan televiziya məkanı da gerçək dramatik seriala imza atır.

 Artıq milli teleizləyicisinin özünə doğma, onunla eyni məkanın havasını paylaşan, qan yaddaşından gələn eyni prioritetlərə və dəyərlərə malik qəhrəmanları olacaq. Bu qəhrəmanlar serialın hər bölməsində atı, arvadı və papağı qeyrət simvolu sayan bu millətin ədalət idealları uğrunda mübarizə aparacaqlar. Bitkin bir filmə bənzər hər seriyada tamaşaçı hər dəfə, müəyyən epizodda olsa da, ədalətin qələbə çaldığının sevinсini yaşayacaq və serialın növbəti hissəsini səbirsizliklə gözləyəcək. Və Azərbaycan izləyicisinə bu sevinci və xoş intizarı məhz “Bakı Film” bəxş edəcək. Söhbət rejissor Vahid Mustafayevin çəkdiyi “Ağabəyovlar” kəskin dramatik serialından gedir. 

Hələlik 100 bölümünün çəkilişi nəzərdə tutulan “Ağabəyovlar” serialının əsas sujet xətti 4 ailənin dramından bəhs edir. Ailələrin hər birinin öz xarakteri var. Biri keçmiş zadəgandır, lakin indi heç bir şeyi yoxdur. Bir ailənin əvvəl heç nəyi olmayıb, indi əlinə pul düşüb, görməmiş olublar. Biri isə sadəcə kasıb, lakin təmiz, dindar ailədir. Bir ailə isə fırıldaqçılarla doludur. Serialda sevgi-məhəbbət, nifrət əsas mövzudur. İnsanların bir-birilərilə problemləri, insanalrın qanunla problemləri, konflikt, intriqa və s. serialı rəngarəng edir. 

Rejissor Vahid Mustafayev bildirir ki, “Ağabəyovlar” serialı sadəcə olaraq bizim bu günki həyatımızı güzgü kimi əks etdirəcək: “Cəmiyyətdə olan bəzi nümayəndələr, cəmiyyətimizin bəzi üzvləri ətrafında yalnız öz adamalrını saxlayırlar – dostlarını və qohumlarını. Yəni o qrup insanlar ki, onların kənardan eybəcər görsənməsini onlara heç vaxt açıq deməzlər. Ümumiyyətlə, incəsənət, poeziya, nəsr və kino insanlara özlərini kənardan göstərir. Belə olan təqdirdə, bu insanlar özlərini artıq kənardan eybəcər görürlər. Bununla da, onlar çalışacaqlar ki, dəyişsinlər, daha da yaxşı olsunlar. Əgər özlərini kənardan yaxşı görürlərsə, onda adamlar fəxr etsinlər ki, hansısa mövcud Azərbaycan mədəniyyətinə malikdirlər. Ona görə ki, bizim serialda götürülmüş prototiplər həyatdan götürülüb və Azərbaycanın demoqrafiyasına əks etdirir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az