Vətəninfo.az-a xəbər verir ki, 20 ildir Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsini icra edən Abid Şərifov bu ilin sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılaraq təqaüdə göndəriləcək. Məlumatlı mənbələrdən daxil olan məlumata görə, Binəqədi rayonunda baş verən yanğın hadisəsindən sonra, ölkə prezidneti yanında keçirilən müşavirədə Abid Şərifovun sərgiləmiş olduğu mövqe yuxarılarda elə də müsbət qarşılanmayıb. Mənbənin məlumatına görə, Abid Şərifovun media nümayəndəsinin sualına gobud cavabı isə, ölkə rəhbərliyi tərəfindən də mənfi qarşılanıb.
Məlumata görə, 20 ildir baş nazirin müavini postunu vtutan Şərifovun istirahətə göndərilməsinin vaxtı çatdığı ilə bağlı hökumət və dövlət dəhlizlərində də artıq sələnməyə başlayıb.
Qeyd edək ki, Abid Qoca oğlu Şərifov 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayaraq tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi və baş mühəndis əvəzi, 1972-ci ildən 23 saylı tikinti idarəsinin rəisi işləyən Abid Şərifov Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, "Azərnəqliyyattikinti" trestinin rəisi, sonra 1988-ci ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti birliyinin rəisi, 1991-ci ildən Türkiyə Respublikasının Çerkesköy-Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini, 1993-cü ildən "Azərnəqliyyatyoltikinti" layihə-sənaye tikinti Birliyinin bazasında yaradılan eyniadlı Dövlət Şirkətinin prezidenti vəzifələrində işləyib.
1995-cü ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və bu günə kimi baş nazirin müavini vəzifəsində çalışır.
Vətəninfo.az