Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb - XƏSTƏXANADADIR

Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb - XƏSTƏXANADADIR
Baş nazirin keçmiş müavini Abid Şərifovun səhhətində ciddi problemlər yaranıb.

"Yeni Sabah”-ın əldə etdiyi xəbərə görə, o, insult keçirib.

Nəticədə A.Şərifov yerimə və danışma qabiliyyətini itirib. Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır. pizza

A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, A.Şərifov 1940-cı ildə Şəkidə anadan olub. O, 1995-ci ildən 2018-ci ilə qədər Baş nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, insult beyin qan dövranının kəskin şəkildə pozulması nəticəsində beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunan ciddi tibbi vəziyyətdir. Bu xəstəlik təcili tibbi müdaxilə və davamlı nəzarət tələb edir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az