ABŞ Bakının xeyrinə İrəvana təzyiq edir

ABŞ Bakının xeyrinə İrəvana təzyiq edir
ABŞ Ermənistan rəhbərliyinə təzyiq göstərir ki, Azərbaycanla müqavilə mümkün qədər tez imzalansın.

Yenipress.az xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, Amerika tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir:

"Sənədin layihə variantını bu yaxınlarda ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson İrəvana (sonra isə Bakıya) səfəri zamanı özü ilə gətirib. Sənədin təfərrüatı məlum deyil, lakin sənəd Ermənistanın və Qarabağın maraqlarına cavab vermir. Azərbaycanın xarici işlər naziri Bakının növbəti təkliflər paketini göndərib, amma bir neçə həftədir ki, Ermənistan buna cavab vermir”.

Qeyd olunur ki, təkliflər o qədər xoşagəlməzdir ki, Ermənistan hakimiyyəti buna razılıq vermir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az