ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib

ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib
ABŞ-ın Əfqanıstan, İraq və Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar amerikalı vergi ödəyiciləri üçün 1,5 trilyon dollardan çox başa gəlib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında deyilir.
Qeyd olunur ki, 2001-ci ilin sentyabrından başlayaraq ABŞ Yaxın Şərqdəki müharibələrə 1,501 trilyon dollar xərcləyib.
Ən çox vəsait İraq müharibəsinə sərf olunub. Bu ölkədəki əməliyyatlara 731 milyard dollar xərclənib. Əfqanıstandakı müharibə 584,3 milyard dollar xərc tələb edib.
Suriyadakı əməliyyatlara isə 23,5 milyard dollar sərf olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az