ABŞ-da azərbaycanlı evində güllələndi – FOTO

ABŞ-da azərbaycanlı evində güllələndi  – FOTO
ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda Nail Salamov adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub.
 
"Qafqazinfo”nun "6abc.com”a istinadən verdiyi xəbərə görə, hadisə mayın 7-də saat 22:00 radələrində Birçvud küçəsində yerləşən evdə baş verib.
 
Polisin məlumatına görə, iki qaradərili silahlı şəxs 37 yaşlı azərbaycanlının evinə daxil olub. Bu zaman Salamov yataq otağında olub. Cinayətkarlar onu qolundan yaralayıblar.
 
Qeyd olunur ki, insident Nail Salamovun 8 və 10 yaşlı uşaqlarının gözü qarşısında törədilib. Onlara xəsarət yetirilməyib. 
 
Bildirilir ki, Salamov atası və uşaqları ilə birlikdə yaşayırmış. Atası hadisə baş verən saatda işdə olub.
 
Salamov "Redinq” xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az