ABŞ-da Serj Sarkisyana qarşı etiraz aksiyası keçirildi

ABŞ-da Serj Sarkisyana qarşı etiraz aksiyası keçirildi

ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilib. Ermənistan KİV-ləri xəbər verir ki, mitinqi ABŞ-dakı erməni icması təşkil edib.

Bildirilib ki, bu şəhərdə çoxlu sayda erməni yaşayır. Məlumata görə, icmanın keçirdiyi aksiyalarda indiyədək bu qədər sayda adam iştirak etməyib. Yürüş iştirakçıları Ermənistan müxalifətinin lideri, deputat Nikol Paşinyanın azadığa buraxılmasını tələb ediblər.

S.Sarkisyana qarşı etiraz aksiyaları Moskva, Los-Anceles, Paris, Marsel, Berlin, Brüssel, Minsk və başqa şəhərlərdə də keçirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az