ABŞ-dan Rusiyaya yeni sanksiya

ABŞ-dan Rusiyaya yeni sanksiya
ABŞ hökuməti KXDR-lə əlaqələrinə görə rusiyalılara qarşı sanksiya tətbiq etdi

ABŞ Rusiya Federasiyasının 4 vətəndaşını Şimali Koreya ilə bağlı sanksiya siyahısına daxil edib. 
Sanksiyaya məruz qalan rusiyalılar bunlardır: "Velmur Management PTE LTD” şirkəti ilə bağlılığı olan İrina Xyuiş, "Gefest-M” və "Korea Tangun Trading Corporation” şirkətləri ilə bağlılığı olan Ruben Kirakosyan, eləcə də Mixail Pisklin və Andrey Serbin.
Moskva şəhərində qeydiyyatda olan "Gefest-M” şirkəti də sanksiya siyahısına salınıb. Bu şirkət Şimali Koreyanın "Tangun” ticarət korporasiyası ilə əlaqədə ittiham olunur.
Sanksiyaya məruz qalanlar arasında Çinin 5, Namibiyanın 2 və Sinqapurun 2 şirkəti də var. //İstipress.com
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az