ABŞ "Günəşli" ilə bağlı Azərbaycana kömək təklif etdi

ABŞ

ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Energetika Nazirliyindən "APA”ya verilən məlumata görə, A. Hokstayn "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

A.Hokstayn həmçinin qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: "ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az